Azərbaycanda kriptoqrafiyanın inkişafı üçün kifayət qədər potensial var

13.06.2023

Azərbaycanda kriptoqrafiyanın inkişafı üçün kifayət qədər potensial var

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) aidiyyəti struktur bölməsinin rəhbəri Davud Rüstəmov “Kriptoqrafiya üzrə elmi-praktiki seminar”da Azərbaycanda kriptoqrafiya sahəsinin inkişaf etdirilməsi üçün kifayət qədər potensialın olduğunu bildirib.

D.Rüstəmov həmçinin qeyd edib: "Son aylar ərzində kriptoqrafiya ilə bağlı keçirilən tədbirlər xüsusi əhəmiyyət kəsb edir və bu tədbirlər Azərbaycanda kriptoqrafiya sahəsinə marağın yüksək olduğunun göstəricisi kimi qəbul edilə bilər. Sahə üzrə mütəxəssis kimi, bu, məni də çox sevindirir. Çox istərdim ki, kriptoqrafiyaya həvəsi olan gənclər üçün AKTA həm də körpü rolunu oynasın. Habelə, diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycanda kriptoqrafiya sahəsində potensialın genişləndirilməsi mümkündür. Çünki, ölkəmizdə bu gün güclü riyaziyyat məktəbi var. Bu məktəbin potensialı bizə imkan verəcək ki, sürətlə inkişaf edək. 

Eyni zamanda, bildirmək istərdim ki, ölkəmizdə yaradılmış kriptoqrafik həllərin, kriptoqrafik mühafizə vasitələrinin də qlobal bazarlara çıxması təqdirəlayiq olardı".

© Bütün hüquqlar qorunur 2022 - 2024