CASPEL – 20 illik irs, milli texnoloji liderlik və beynəlxalq tanınma
2025-ci il Azərbaycanda İT sahəsinin aparıcı iştirakçılarından biri olan CASPEL üçün xüsusi əhəmiyyət daşıyır — şirkət fəaliyyətinin 20 illiyini qeyd edir. 2005-ci ildən etibarən informasiya texnologiyaları sahəsində ixtisaslaşan CASPEL bu müddət ərzində innovativ yanaşmaları və kompleks həlləri ilə İT bazarında etibarlı texnoloji tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Yubiley ili ərzində şirkət ölkədə kibertəhlükəsizlik və rəqəmsal transformasiya istiqamətlərində bilik və texnologiya paylaşımı məqsədilə keçirilən bir sıra təşəbbüslərdə fəal iştirak edir. Bunlara Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən “Kiber Suverenlik” Konfransında əsas tərəfdaş və aktiv iştirakçı qismində çıxış, eləcə də “Cyber Summer School 2025” proqramına texnoloji dəstək daxildir.
İlin əvvəlindən etibarən CASPEL müxtəlif beynəlxalq texnoloji tərəfdaşlar – o cümlədən Cisco, Dell, F5, Oracle, Extreme Networks və NetApp ilə əməkdaşlıq çərçivəsində tədbirlər təşkil etmiş, texnologiyaların tətbiqi və kibertəhlükəsizlik sahəsində qabaqcıl yanaşmaları təqdim etmişdir. Şirkət, həmçinin “Rising Star 2024”, “Growth of the Year” və “Cisco Gov-Tech Digitization Award” kimi nüfuzlu mükafatlara layiq görülmüşdür. Bununla yanaşı, ISO 9001:2015, ISO/IEC 20000-1:2018 və ISO/IEC 27001:2022 sertifikatları vasitəsilə CASPEL təqdim etdiyi xidmətlərin keyfiyyəti və təhlükəsizlik standartlarına uyğunluğunu bir daha təsdiqləmişdir.