image

"Cinayətkarlıqla mübarizədə nəzəri və praktiki mübadilə” adlı layihəsinin növbəti tədbiri uğurla həyata keçirilib

04.11.2024

"Cinayətkarlıqla mübarizədə nəzəri və praktiki mübadilə” adlı layihəsinin növbəti tədbiri uğurla həyata keçirilib

4 noyabr 2024-cü il tarixdə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının nəzdindəki Cinayət Hüququ Klubunun (Criminal Law Club) “Cinayətkarlıqla mübarizədə nəzəri və praktiki mübadilə” adlı layihəsinin növbəti tədbiri uğurla həyata keçirilib. Layihənin bu dəfəki qonağı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasının (AKTA) İdarə Heyətinin Sədri, hüquq üzrə fəlsəfə doktoru Elvin Balacanov olmuşdur.

2018-ci ildə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Leeds Universitetində “Azərbaycan Respublikasında kibercinayətlərlə mübarizə və bu sahədə Birləşmiş Krallıq təcrübəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edən E.Balacanov, Azərbaycanda kibercinayətkarlıqla mübarizə və kibertəhlükəsizliyin təmin edilməsi sahəsində qanunvericiliyinin formalaşmasında və onun təkmilləşdirilməsində fəal iştirak edərək, həmçinin çoxsaylı beynəlxalq tədbirlərdə Azərbaycanı uğurla təmsil edir.

“Azərbaycanda kibertəhlükəsizliyin hüquqi aspektləri” adlı məruzə ilə çıxış edən h.ü.f.d. Elvin Balacanov tələbələrlə görüşü interaktiv formada keçirmiş, tələbələri maraqlandıran sualları cavablandırmışdır. Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.