“Cyber Summer School - 2023” - qeydiyyat bitdi

10.07.2023

“Cyber Summer School - 2023” - qeydiyyat bitdi

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə məktəbli və yeniyetmələr üçün 24-29 iyul tarixlərində keçiriləcək “Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat bitmişdir. Məktəblilər arasında düşərgəyə böyük maraq vardır. Belə ki, düşərgədə iştirak üçün 400-ə yaxın müraciət qeydiyyata alınmışdır.

Düşərgədə qeydiyyat tarixində 12-16 yaş aralığında olan zəruri ingilis dili, habelə informasiya texnologiyaları üzrə biliklərə malik olan yeniyetmələr iştirak hüququ qazana bilər. Düşərgədə iştirak üçün seçim müsabiqə çərçivəsində aparılacaq.

Yalnız ilkin tələblərə cavab verən müraciətçilər müsabiqənin birinci mərhələsində onlayn imtahanda iştirak edəcəklər. Onlayn imtahan 12 iyul saat 12.00-da ingilis dilində baş tutacaqdır.

Onlayn imtahan barədə ətraflı məlumat 11 iyul tarixində elektron poçt vasitəsilə yalnız ilkin tələblərə cavab verən müraciətçilərə göndəriləcək. Bu tarixdə mesaj almadığınız təqdirdə elektron poçtun spam qovluğunu da yoxlamağınız tövsiyə edilir.

Onlayn imtahanlarda uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur 2022 - 2024