Xəbərlərə qayıt
Xəbərlər • 23.10.2024

"CyberPulse" layihəsinin 5-ci təlimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində həyata keçirildi

"CyberPulse" layihəsinin 5-ci təlimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində həyata keçirildi

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilati dəstəyi ilə "CyberPulse" layihəsi çərçivəsində 5-ci təlim Azərbaycan Dövlət Neft və Sənaye Universitetində həyata keçirilib.

Təlimdə kibertəhlükəsizlik mütəxəssisi Zaur Qasımov tərəfindən iştirakçılara “red team” yanaşmaları, red team sahəsində karyera imkanları, öyrənilməli olan biliklər və texnikalar haqqında məlumat verilib.

AKTA və MilliSec olaraq, gələcək təlim və tədbirlərimiz vasitəsilə ölkəmizin kibertəhlükəsizlik ekosisteminin daha da inkişaf etdirilməsinə töhfə verməkdə davam edirik.
 

Qalereya