“Cybersecurity Trends” adlı seminarımız uğurla keçirilib

16.10.2023

“Cybersecurity Trends” adlı seminarımız uğurla keçirilib

"Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı" çərçivəsində 15 oktyabr  tarixində “Cybersecurity Trends” adlı seminarımız uğurla keçirilib. AKTA ekspertlərinin çıxışları və təqdimatları ilə müşayiət edilən seminarda 80 nəfər fiziki, 50-ə yaxın şəxs isə onlayn şəkildə iştirak edib. Seminar AKTA-nın üzv şirkəti olan Kod Akademiyasında baş tutub. 

Seminarda kibertəhlükəsizliyin fərqli istiqamətləri üzrə maraqlı, trend mövzular əhatə edilib. Seminarın açılışında AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov Assosiasiyanın fəaliyyəti, ekspert bankı və kiber icma barədə qısa məlumat verib. Daha sonra aşağıdakı mövzularda təqdimatlar həyata keçirilib:

•    Rauf Cabarov. Mövzu: “Cybersecurity Trend Management Practices and Standards”
•    Abid Ələsgərov - AKTA eksperti, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri. Mövzu: “ Navigating the Future: Unveiling the Power of Zero Trust and SASE Solutions”
•    Emil Fərzəliyev - AKTA eksperti, “ExpressBank” ASC-nin İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri. Mövzu: Cybersecurity Automation: The Power of Machine Speed
•    Elşad Xanışlı – İnterprobe şirkətinin kriptoqrafiya üzrə köməkçi eksperti. Mövzu: “AI-Driven Password Prediction: A Growing Cybersecurity Concern”

Sonda gənclərin çoxsaylı sualları cavablandırılıb. Seminar iştirakçıları tədbiri yüksək qiymətləndirib. 

Qeyd edək ki, kibertəhlükəsizlik üzrə maarifləndirici seminarlar AKTA tərəfindən mütəmadi olaraq keçirilir. Bu seminarlarda AKTA ekspertləri öz çıxışları ilə aktiv iştirak edirlər. AKTA ekspertlərinin sayı artıq 46-ya çatmışdır. Ekspertlər barədə məlumatları AKTA saytında yerləşən ekspert bankından əldə edə bilərsiniz.

© Bütün hüquqlar qorunur 2022 - 2024