image

"Gələcək üçün Assosiasiyalar" layihəsinə yekun vurulub.

28.12.2024

"Gələcək üçün Assosiasiyalar" layihəsinə yekun vurulub.
 
Benefisiar assosiasiyaların və tərəfdaşların iştirakı ilə “Gələcək üçün Assosiasiyalar” layihəsinin yekun görüşü keçirilib.
 
Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva və Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli çıxış edərək, AFA layihəsinin assosiasiyaların inkişafına verdiyi dəstəkdən, onların gələcək fəaliyyətlərinin dayanıqlı və effektiv olması üçün yaratdığı imkanlardan bəhs ediblər.
 
Görüşün sonunda layihənin iştirakçılarına sertifikatlar və müxtəlif sahələrdə layihənin uğurlarına töhfə verən tərəfdaşlara təşəkkürnamələr təqdim olunub. Qeyd edək ki, AKTA layihənin benefisiarı olaraq, layihədə uğurla iştirak edib. 2024-cü il ərzində layihə çərçivəsində keçirilən təlimlərdə AKTA-nın əməkdaşları öz bilik və bacarıqlarını inkişaf etdirib, müxtəlif mövzularda ekspert dəstəyi əldə ediblər.