Xəbərlərə qayıt
Xəbərlər • 31.10.2025

“Kibertəhlükəsizlik üzrə Maarifləndirmə Ayı” çərçivəsində tədbirlər yekunlaşdı.

 “Kibertəhlükəsizlik üzrə Maarifləndirmə Ayı” çərçivəsində tədbirlər yekunlaşdı.

AKTA və Cybernetics MMC-nin birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik üzrə Maarifləndirmə Ayı” çərçivəsində tədbirlər yekunlaşdı.

 

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və üzv şirkətimiz Cybernetics MMC tərəfindən həyata keçirilən “Kiberdələduzluqla mübarizə, rəqəmsal təhlükəsizlik və maarifləndirmə” mövzusunda maarifləndirici tədbirlər uğurla başa çatdı.

 

Bu çərçivədə sonuncu seminarlar Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Universitetində təşkil olundu.

 

Seminarlarda tələbələr və müəllim heyəti üçün rəqəmsal mühitdə təhlükələrin tanınması, sosial mühəndislik və kiberdələduzluq hallarına qarşı mübarizə yolları, eləcə də rəqəmsal gigiyena və təhlükəsiz davranış vərdişləri mövzularında təqdimatlar keçirildi.

 

Tədbirlər interaktiv şəkildə təşkil olunaraq viktorinalar, sual-cavab sessiyaları və gənclər üçün motivasiyaedici müzakirələri özündə birləşdirdi. Fəal iştirakçılara AKTA və Cybernetics MMC tərəfindən hədiyyələr təqdim olundu.

 

Layihənin məqsədi gənclərin rəqəmsal təhlükəsizlik sahəsində biliklərini artırmaq, universitetlərdə kiber klubları real kibertəhdidlər barədə maarifləndirmək və bu sahəyə maraq göstərən tələbələri peşəkar inkişaf istiqamətində dəstəkləmək idi.