Xəbərlərə qayıt
Xəbərlər • 18.02.2026

"Hüquqlarınla parla!” layihəsinin bağlanış mərasimi keçirilib

"Hüquqlarınla parla!” layihəsinin bağlanış mərasimi keçirilib

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı ilə 11-17 yaşlı məktəblilər üçün "Hüquqlarınla parla!” maarifləndirmə layihəsi uğurla başa çatıb.

Layihə çərçivəsində uşaq hüquqları, zorakılığın qarşısının alınması, erkən nikahların fəsadları və rəqəmsal təhlükəsizlik mövzularında seminar və interaktiv müzakirələr təşkil olunub. Tədbirlər AKTA, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı və təlimçiliyi ilə baş tutub.

Bağlanış mərasimində AKTA-nın Baş katibi Fidan Əhmədova çıxış edərək, uşaqların hüquqi və rəqəmsal savadlılığının artırılmasının əhəmiyyətini vurğulayıb. 

Tədbirin sonunda fəallığı və təşəbbüskarlığı ilə seçilən şagirdlərə sertifikat və hədiyyələr təqdim olunub. Mükafatlandırma AKTA-nın Baş katibi Fidan Əhmədova və digər tərəfdaşlar tərəfindən həyata keçirilib.

Layihə gənclərin hüquqi maariflənməsi və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasına mühüm töhfə verib.