image

Kibertəhlükəsizlik məhsul və xidmətlərin elektron kataloqu yaradılır.

04.07.2024

Kibertəhlükəsizlik məhsul və xidmətlərin elektron kataloqu yaradılır.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən ölkəmizdə fəaliyyət göstərən və AKTA-nın üzvü olan İT və kibertəhlükəsizlik şirkətlərinin məhsul və xidmətlərinin elektron kataloqunun yaradılmasına start verilib. 

Kataloqun yaradılmasının əsas məqsədi AKTA üzvlərinin kibertəhlükəsizlik üzrə mövcud məhsul və xidmətlərinin ictimaiətə tanıdılmasıdır. Kataloq AKTA üzvlərinin məhsul və xidmətlərinin vahid elektron bazası olmaqla bu məhsul və xidmətlər barədə ətraflı məlumatı təqdim edir. 

Elektron kataloq AKTA-nın üzvlər üçün nəzərdə tutulmuş “CRM” sisteminə inteqrasiya edilib. Kataloqa təqdim edilmiş məhsul və xidmətlərin mövcudluğu ekspert qrupu tərəfindən qiymətləndirdikdən sonra məlumatlar AKTA-nın rəsmi veb saytının kataloq bölməsinə yerləşdirilir. Qeyd olunan xidmətin qısa zamanda istifadəyə verilməsinə baxmayaraq, elektron kataloqda artıq 30-dan çox məhsul və xidmət haqqında məlumat yerləşdirilib. 

Elektron kataloq ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz: https://akta.az/az/catalog 

Qeyd edək ki, elektron kataloqun yaradılması Azərbaycan Mikromaliyyə Assosiasiyasının aparıcı təşkilat olduğu beynəlxalq konsorsiumun təşkilatçılığı ilə ölkəmizdə biznes və peşəkar assosiasiyaların inkişafı məqsədilə icra edilən “Gələcək üçün Assosiasiyalar” layihəsi çərçivəsində təqdim edilmiş sub-qrant vasitəsilə həyata keçirilmişdir.