Cari ilin 14 noyabr tarixində COP29 çərçivəsində kiberhücumların ətraf mühitin mühafizəsinə yaratdığı təhdidlər mövzusu ətrafında panel müzakirəsi baş tutub.
Innovation and Digital Development Agency-nin təşkilatçılığı ilə "PAŞA Holding"in stendində baş tutan panel müzakirəsində iştirak edən AKTA İdarə Heyətinin sədri Elvin Balacanov tərəfindən ətraf-mühitin mühafizəsində kibertəhlükəsizliyin təmin olunmasının rolu, bu sahədə əsas çətinliklər və imkanlar barədə çıxış edilib, eləcə də sahə üzrə fəaliyyətin təkmilləşdirilməsinə dair tövsiyələr səsləndirilib.