Kriptoqrafiya sahəsində təlimlər başa çatdı

16.06.2023

Kriptoqrafiya sahəsində təlimlər başa çatdı

16 iyun tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Texniki Universitetinin dəstəyi, “Unifybytes” və “İnterprobe” şirkətlərinin tərəfdaşlığı ilə ölkənin ali təhsil müəssisələrində informasiya təhlükəsizliyi və digər müvafiq ixtisaslar üzrə bakalavr təhsili alan tələbələr üçün xarici mütəxəssislər tərəfindən kriptoqrafiya sahəsində ingilis dilində təşkil edilmiş təlimlər başa çatıb.

Təlimin sonunda 14 ali təhsil müəssisəsini təmsil edən 56 tələbə/kursantın iştirakı ilə kriptoqrafiya sahəsi üzrə “CTF yarışı” həyata keçirililib.  
Yarış çərçivəsində iştirakçılara kriptoqrafiya sahəsində müxtəlif mövzular üzrə tapşırıqlar verilib. Tələbələr 3 saat ərzində müxtəlif təcrübi tapşırıqları həll etməklə 4 nəfərlik komandalar şəklində mübarizə aparıb.

Yarışın sonunda AKTA rəhbərliyi və dəvətli qonaqlar tərəfindən qaliblərə və təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

“CryptoBaku” Milli CTF Liqasının qalibləri:

1-ci yer - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti:
Əliyev Balakişi, Əsgərli Toğrul, Xanışlı Elşad, Kazımov Aslan

2-ci yer – Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası

3-cü yer – Bakı Ali Neft Məktəbi:
Hümbətzadə Sahib, Əhmədov Oqtay, İbrahimli Elmira, Məhəmmədcanov Məhəmmədcan.

© Bütün hüquqlar qorunur 2022 - 2024