"Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş gənclərin kibertəhlükəsizlik çempionatı"na yekun vurulub

04.03.2024

"Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş gənclərin kibertəhlükəsizlik çempionatı"na yekun vurulub

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) texniki dəstəyi ilə Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti ictimai birliyi tərəfindən "Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş gənclərin kibertəhlükəsizlik çempionatı"na yekun vurulub.

Tədbir iki hissədən ibarət olub. Tədbirin birinci hissəsində müxtəlif məktəblərdən olan 50-dən çox şagirdə kibertəhlükəsizlik üzrə biliklər aşılanıb, ikinci hissəsində isə birinci hissədə əhatə olunmuş mövzular üzrə çempionat keçirilib. Çempionatda qalib olan şagirdlərə müxtəlif hədiyyələr təqdim olunub. 

Təlimlər  AKTA-nın əməkdaşı Müşərrəf Məmmədova tərəfindən keçirilib.

© Bütün hüquqlar qorunur 2022 - 2024