13.08.2024
Şəhid övladları və qazi qardaşlarımızın "Kibertəhlükəsizlik” sahəsində potensial kadr kimi yetişdirilməsi məqsədilə həyata keçirilmiş "Vətən Borcu" layihəsinin I dalğası üzrə məzunlara həftəsonu sertifikatlar təqdim edildi.
Layihə Cybernetics Milli Kibertəhlükəsizlik şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı və ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə baş tutmuşdur.
Bütün məzunlarımıza uğurlar arzulayır və onların gələcək inkişafına AKTA olaraq hər zaman dəstək verməyə hazır olduğumuzu bildiririk. Eyni zamanda, layihənin icra olunmasında əməyi olan hər kəsə bir daha təşəkkür edirik.