Whoops, your device has lost connection. The web page you are viewing is offline.

“Cyber Summer School - 2022” yay məktəbi davam edir.

21.07.2022

“Cyber Summer School - 2022” yay məktəbi davam edir.

“Cyber Summer School - 2022”
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə ADA Universitetinin kampusunda keçirilən “Cyber Summer School - 2022” yay məktəbi davam edir. “Müxtəlif mədəniyyətlərin kiber birliyi” devizi altında yerli və xarici təlimçi-ekspertlər kiber-güclərin təlim yarışması çərçivəsində yeniyetmələrin rəqəmsal bacarıqlarını inkişaf etdirirlər.
12-15 yaş aralığında olan 100-ə yaxın yeniyetmənin iştirakı ilə baş tutan beynəlxalq tədbirdə kibertəhlükəsizlik sahəsinin qabaqcıl mütəxəssislərinin dərsləri gənclər tərəfindən yüksək maraqla qarşılanır.
İştirakçılar dünya təcrübəli ekspertlər tərəfindən həyata keçirilən “Hack the Machine” (kompüterlərə sızma) tədris proqramı, mobil kriminalistika, rəqəmsal sübutların bərpası, şəbəkə hücumları və onlardan müdafiə, şəbəkə anomaliyalarının aşkarlanması və digər bu kimi fəaliyyətlərlə yaxından tanış olurlar.
AKTA-nın təşkil etdiyi tədbirdə “İnteraktiv karyera söhbətləri” sessiyalarını keçirmiş dünyanın qabaqcıl məktəblərinin təmsilçiləri, uğurlu biznes liderləri, təhlükəsizliyin idarə edilməsində  uğur hekayələri ilə tanış olan “Cyber Summer School - 2022” iştirakçıları gələcək ixtisas seçimləri, professional və şəxsi inkişaf istiqamətində interaktiv müzakirələrə qatılmışlar.
Tədbirdə xarici ölkələrin aparıcı startap təsisçiləri iştirak və çıxış edir.

© Bütün hüquqlar qorunur 2022 - 2024