AKTA İdarə Heyətinin növbəti iclası keçirilib

12.09.2023

AKTA İdarə Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin onlayn formatda növbəti iclası baş tutub.

İdarə Heyətinin sədri Elvin Balacanov tərəfindən iclasın gündəliyi elan edildikdən sonra cari ilin iyun-avqust ayları ərzində Assosiasiyanın fəaliyyətinə dair hesabatı iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunan dövr ərzində maarifləndirmə, təhsil, əməkdaşlıq, tədqiqat və inkişaf istiqamətləri üzrə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə müvafiq olaraq AKTA tərəfindən atılmış addımlar, o cümlədən keçirilmiş görüşlər, icra edilmiş layihələr və üzvlərlə aparılmış fəaliyyətin nəticələrinə dair məlumatlar iclas iştirakçıların rəy və təkliflərinin əldə olunması üçün təqdim edilib.

Gündəlikdə duran əsas məsələlərdən birini də AKTA üzvlüyünə qəbul olunmaq üçün fiziki şəxslər - mütəxəssislər və hüquqi şəxslər tərəfindən edilmiş çoxsaylı müraciətlərin müzakirəsi təşkil edib. İdarə Heyətinin üzvləri arasında keçirilmiş səsvermə nəticəsində əldə olunmuş qərara əsasən aşağıdakı şirkətlərin AKTA üzvlüyünə qəbul olunmasına dair qərar qəbul edilib:

  • “Azercell Telecom” MMC
  • “Caspel” MMC
  • “Azerconnect” MMC
  • Gais Cyber Security
  • “Azərbaycan Robotexnika Mühəndisliyi” MMC  
  • Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi
  • “İKTex” MMC
  • “İnnovation Technologies” MMC
  • IDTECH Academy.

Daha sonra,  Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nın ölkənin gələcək kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsində rolu və əhəmiyyəti nəzərə alınaraq, Strategiyanın həyata keçirilməsi istiqamətində AKTA tərəfindən də müvafiq istiqamətlər üzrə dəstəyin verilməsinin mühümlüyü qeyd olunub və gələcək tədbir və layihələrə dair İdarə Heyətinin üzvləri arasında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur 2022 - 2024