Milli Kibertəhlükəsizlik Forumunun qeydiyyatına start verildi

25.05.2023

Milli Kibertəhlükəsizlik Forumunun qeydiyyatına start verildi

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasının təşkilatçılığı ilə 31 may tarixində “2-ci Milli Kibertəhlükəsizlik Forumu” keçiriləcəkdir.

Forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verə biləcək tərəfdaşlar və peşəkar mütəxəssislərlə birgə müzakirələrin həyata keçirilməsidir.

Forum çərçivəsində “Milli kibertəhlükəsizlik ekosistemi”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin aktual məsələləri”, “Kibertəhlükəsizlik: Türk Dövlətləri Təşkilatı kontekstində”, “Kibertəhlükəsizlik həlləri və startaplar”, “Kibertəhlükəsizlik sahəsində təhsil, insan resursları və maarifləndirmə” adlı panellərdə çıxışlar və müzakirələr həyata keçiriləcəkdir.

Forumda iştirak etmək istəyənlərin www.cyberforum.az saytı vasitəsilə qeydiyyatdan keçməsi xahiş olunur.

 

 

© Bütün hüquqlar qorunur 2022 - 2024