"X-Log" Loglama və Təhlükəsizlik Divarı

 FLEX

Digər məhsular 2

FLEX

https://www.flex.az/

+994702148626

Nərimanov r, Ə.Rəcəbli 219

"X-LOG" CİHAZ ÖZƏLLİKLƏRİ 

1. İPS/İDS (hücumun müəyyən edilməsi və əngəllənməsi) Şəbəkənizdə yaranan hücum və ya zərərli bağlantıları anlıq olaraq təsbit edib bloklanmasını təmin edir.

2. Application Filtering (Tətbiqlərin Filtrlənməsi) Şəbəkənizdə olan cihazların istəmədiyiniz tətbiqlərə qoşulmasını əngəlləyə və ya icazə verə bilərsiniz. 

3. HTTP/HTTPS Filtering (Web Filtrləmə) İstifadəçilərin bağlanmasını istəmədiyiniz HTTP-HTTPS-DNS trafiklərini istədiyiniz şəkildə hazır black list və ya sizin hazırlamış olduğunuz siyahılar vasitəsi ilə əngəlləyə bilərsiniz. 

4. FİREWALL (Təhlükəsizlik Divarı) Firewall özəlliyi ilə port açma, bağlama və ya yönləndirmə işləmləri tətbiq edilə bilir. 

5. 5651 Loglama XLOG-un ən böyük avantajı sistemdəki logları TÜBİTAK zaman damğası ilə imzalamasıdır.

 6. SSL VPN/VPN Filiallarınızı və ya fərqli nöqtələrdə olan cihazlarınızı şəbəkənizə şifrələnmiş bir şəkildə daxil edə bilərsiniz. 

7. BANDWIDTH (Sürət Məhdudiyyəti) Bandwidth özəlliyi ilə şəbəkə üzərindəki istifadəçilərə upload və download miqdarları müəyyən edərək internetin bərabər paylanmasını təmin edə bilərsiz. 

8. HOTSPOT (İstifadəçi doğrulanması) Çeşidli şifrə yöntəmləri ilə interneti aktivləşdirib qanunvericilik tələblərinə uyğun olaraq istifadəçillərin internet log-larını sisteminizdə qeydə ala bilərsiniz. 

9. 802.1x Mac Filtrləmə Bu özəllik ilə həm Layer2, həm də Layer3 şəbəkələr səviyyəsində idarəolunan sviçlər sayəsində yaradılan bir inteqrasiya ilə client cihazların son nöqtədə şəbəkəyə daxil olmasını bloklaya və ya filtrləyə bilərsiniz.

 10. SYSLOG İmzalama Fərqli cihazlarınızda yaradılan log qeydlərinizi qanunvericilik tələblərinə uyğun olaraq qeydə alıb, zaman damğalı imza ilə hesabat şəklində təqdim edə bilərsiniz. 

11. Load Balance (Xətt Birləşdirmə) Maksimum 5(beş) ədəd modemi cihaz üzərində birləşdirərək internet sürərini artırmaqla tək bir internet xətti kimi işləməsini təmin edə bilərsiniz. 

12. Wan Failover (Xətt Yedəkləmə) Xlog sisteminə bağlı olan internet xəttlərinin hər hansı birində internetin kəsilməsi anında digər xəttlərin işlənməsini təmin edə bilərsiniz.