Kibertəhdidlər, prosedur və texniki məsələlər

Komitənin məqsədi

Kibertəhdidlərə qarşı mübarizə üzrə həyata keçirilən fəaliyyətə, habelə kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və informasiya texnologiyaları sahəsində (bundan sonra - müvafiq sahə) mövcud texniki-texnoloji məsələlərin müzakirəsinə, eləcə də sahə üzrə zəruri texniki sənəd və prosedurların formalaşdırılmasına və təkmilləşdirilməsinə dəstək vermək.

  • Fəaliyyət istiqamətləri

  • Müvafiq sahə üzrə kibertəhdid və risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, habelə gələcək təhdidlərin proqnozlaşdırması üzrə fəaliyyətə dəstək verilməsi məqsədilə təhlil və müzakirələrin aparılması;

  • Kibertəhdidlərin qarşısının alınması və qabaqlanması, o cümlədən operativ və səmərəli məlumat mübadiləsinin təşkili məqsədilə təkliflərin verilməsi, eləcə də ictimai məlumatlandırma prosesində AKTA-nın fəaliyyətinə dəstəyin göstərilməsi;

  • Kiberfəzada dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı həyata keçirilən fəaliyyətə dəstək verilməsi;

  • Müvafiq sahənin inkişafı üçün zəruri olan standartların, texniki sənədlərin və prosedurların hazırlanması və təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;

  • Müvafiq sahədə fəaliyyətə dəstək verilməsi məqsədilə ictimai dinləmə, görüş və dəyirmi masaların təşkil edilməsi;

  • AKTA “Ağ sənədi”nin (“White paper”) formalaşdırılmasına komitənin fəaliyyət istiqamətləri üzrə töhfə verilməsi.

Komitə üzvləri

© Bütün hüquqlar qorunur 2022 - 2024