2-ci Milli Kibertəhlükəsizlik Forumu

ℹ Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasının təşkilatçılığı ilə 31 may tarixində “2-ci Milli Kibertəhlükəsizlik Forumu” keçiriləcəkdir.

🔺Forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verə biləcək tərəfdaşlar və peşəkar mütəxəssislərlə birgə müzakirələrin həyata keçirilməsidir.

🔺 Forum çərçivəsində “Milli kibertəhlükəsizlik ekosistemi”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin aktual məsələləri”, “Kibertəhlükəsizlik: Türk Dövlətləri Təşkilatı kontekstində”, “Kibertəhlükəsizlik həlləri və startaplar”, “Kibertəhlükəsizlik sahəsində təhsil, insan resursları və maarifləndirmə” adlı panellərdə çıxışlar və müzakirələr həyata keçiriləcəkdir.