✅ “Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı
ℹ Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə 24-29 iyul tarixlərində Bakı şəhərində 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün kibertəhlükəsizlik sahəsində “Cyber Summer School - 2023” yay düşərgəsi təşkil ediləcəkdir. Ənənəvi olaraq hər il baş tutan yay düşərgəsi ərzində yerli və xarici mütəxəssislər tərəfindən düşərgə iştirakçıları üçün kibertəhlükəsizlik sahəsində təlimlər təşkil ediləcək, o cümlədən texnoloji turlar və sonda kibertəhlükəsizlik sahəsində bilik yarışı (“CTF”) həyata keçiriləcəkdir.