image

16-22 dekabr tarixlərində “Media Savadlılığı” həftəsi keçiriləcək

14.12.2024

16-22 dekabr tarixlərində “Media Savadlılığı” həftəsi keçiriləcək

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı ilə “Media Savadlılığı” həftəsinin keçirilməsində məqsəd cəmiyyətdə media savadlılığına dair fərqindəliyin artırılması və uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, həssas istifadəçi qrupu hesab olunan gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulması, həmçinin məsuliyyətli rəqəmsal vətəndaşlığın təbliğ edilməsidir.