Xəbərlərə qayıt
Xəbərlər • 11.03.2026

AKTA ADNSU və AzMİU-da seminarlar təşkil edib

AKTA ADNSU və AzMİU-da seminarlar təşkil edib

4 və 10 mart tarixlərində AKTA-nın Kiber Klub təşəbbüsü çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İnformasiya təhlükəsizliyi idarəçiliyi (GRC) və ən yaxşı təcrübələr” mövzusunda seminarlar təşkil olunub. Seminarlarda AKTA eksperti Sinan Əliyev informasiya təhlükəsizliyi idarəetmə sistemləri, risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, uyğunluq çərçivələri, eləcə də effektiv nəzarət mexanizmləri barədə ətraflı təqdimatla çıxış edib. O, GRC yanaşmasının təşkilatlarda sistemli, şəffaf və davamlı təhlükəsizlik mühitinin qurulmasında oynadığı rolu praktik nümunələr əsasında izah edib. Seminarlar tələbələrin informasiya təhlükəsizliyi sahəsində nəzəri və praktik biliklərinin artırılmasına, eləcə də bu istiqamətdə praktik yanaşmalarla tanış olmalarına mühüm töhfə verib.