12 mart tarixində AKTA-nın Kiber Klub təşəbbüsü çərçivəsində, Azərbaycan Texniki Universitetində “SOC Analyst və real insidentlər” mövzusunda seminar keçirilib. Seminarda AKTA eksperti Fərid Hüseynov çıxış edərək, SOC analitikinin funksiyaları, Təhlükəsizlik Əməliyyat Mərkəzinin (SOC) fəaliyyət mexanizmləri və real kiberinsidentlərin idarə olunması mərhələləri barədə ətraflı təqdimatla çıxış edib. Praktiki nümunələr əsasında insidentlərin aşkarlanması, təhlili və operativ cavab tədbirlərinin həyata keçirilməsi prosesi izah olunub. İnteraktiv müzakirələrlə davam edən seminar zamanı iştirakçıların sualları cavablandırılıb, real iş təcrübəsinə əsaslanan yanaşmalar bölüşülüb. Tədbir tələbələrin kibertəhlükəsizlik sahəsində praktiki bilik və bacarıqlarının inkişafına mühüm töhfə verib.