image

AKTA “İnformasiya Texnologiyalarının Trendləri” adlı Beynəlxalq Elmi Konfransda iştirak edib

05.07.2024

AKTA “İnformasiya Texnologiyalarının Trendləri” adlı Beynəlxalq Elmi Konfransda iştirak edib

İyunun 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində COP29 çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-illiyinə həsr olunmuş “İnformasiya Texnologiyalarının Trendləri” adlı Beynəlxalq Elmi Konfrans keçirilib. 

Ənənəvi olaraq, hər il keçirilən konfransda kibertəhlükəsizlik mövzusuna xüsusi diqqət ayrılmışdır. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədr müavini Rauf Cabarov konfransın açılışında çıxış edib və kibertəhlükəsizlik sahəsində ölkəmizin son uğurları, elmi işlərin və tədqiqat layihələrinin önəmindən danışmışdır.

Qeyd edək ki, AKTA konfransın tərəfdaşları sırasında yer almışdır. Konfrans haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiz: https://asoiu.edu.az/single_news/2642