28 fevral tarixində ADA Universitetində Azərbaycan Respublikası Prezidentinin 28.02.2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın məzunları üçün karyera sərgisi keçirilib. AKTA sərgidə beynəlxalq əməkdaşlıq üzrə koordinator Nigar Cavanşirzadə ilə təmsil olunub. O, gənclərə kibertəhlükəsizlik sahəsində karyera imkanları barədə məlumat verib.