Xəbərlərə qayıt
Xəbərlər • 21.10.2024

AKTA Milli Məclisdə “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda keçirilən ictimai müzakirədə təmsil olunub.

Oktyabrın 21-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirəsi keçirilib. İclasda Milli Məclisin deputatları, beyin(araşdırma) mərkəzlərinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, ekspertlər, parlament Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov iştirak ediblər.

İctimai müzakirədə iştirak edən AKTA İdarə Heyətinin sədri Elvin Balacanov kibertəhlükəsizlik və ideoloji təhlükəsizlik məsələlərinin həmişə aktual olduğunu, bu sahədə həmrəyliyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıb. Eləcə də, ölkəmizə yönəlmiş yersiz təhdidlərin, o cümlədən kibertəhdidlərin və əsassız dezinformasiya kampaniyalarının qarşısının alınması, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüb və təkliflərini səsləndirib.

➡️Ətraflı: https://www.meclis.gov.az/news.php?id=5708&lang=az

Qalereya