AKTA “Sabahın Alimləri XIII” Respublika Müsabiqəsində iştirak etmək istəyən şagirdlərə mentorluq dəstəyi verir

01.12.2023

AKTA “Sabahın Alimləri XIII” Respublika Müsabiqəsində iştirak etmək istəyən şagirdlərə mentorluq dəstəyi verir

Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey (KBTL) Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) dəstəyi ilə “Sabahın Alimləri XIII” Respublika Müsabiqəsinə hazırlaşır.

Şagirdlərin adıçəkilən müsabiqəyə hazırlaşması ilə bağlı Şirvan şəhər KBTL tərəfindən AKTA-ya edilmiş müraciətə əsasən mentorluq fəaliyyəti AKTA eksperti Elşad Xanışlı tərəfindən həyata keçirilir.
 
Qeyd edək ki, AKTA və Şirvan şəhər KBTL arasında artıq 1 ildir ki, əməkdaşlıq edilir. Belə ki,  ötən ilin mart ayında Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən “Ümumi təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə maarifləndirmənin aparılması” layihəsi çərçivəsində AKTA tərəfindən Şirvan KBTL də daxil olmaqla respublikanın bir sıra məktəb və liseylərinin STEAM mərkəzlərində kiber-güşələr yaradıb.

© Bütün hüquqlar qorunur 2022 - 2024