image

“Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” adlı kampaniyaya start verilib.

20.11.2024

“Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” adlı kampaniyaya start verilib.

“Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” adlı kampaniyaya start verilib. 

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş  layihəyə start verilib. Layihə çərçivəsində Bakı, Naxçıvan, Gəncə, Lənkəran və Qəbələdə bir ay ərzində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi ilə bağlı geniş maarifləndirmə tədbirləri həyata keçiriləcək.

Qeyd edək ki, “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” kampaniyasının məqsədi uşaqları və valideynləri rəqəmsal texnologiya və resurslardan düzgün və təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirməklə hüquqlarının qorunmasını təmin etməkdir. Kampaniya çərçivəsində, həmçinin, qeyd olunan şəhər və rayonlarda VII-XI sinif şagirdləri və onların valideynləri üçün uşaqların zərərli informasiyadan qorunması, sosial media və rəqəmsal resurslardan düzgün istifadə qaydalarına dair məlumatlandırıcı sessiyaların və uşaq hüquqlarının rəqəmsal cəmiyyətdə roluna dair konfransın keçirilməsi, müxtəlif məlumatlandırıcı çap materiallarının hazırlanması və paylanması nəzərdə tutulur. Layihə  “Nar” şirkətinin dəstəyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və ADA Universitetinin tərəfdaşlığı ilə keçirilir.