Xəbərlərə qayıt
Xəbərlər • 17.10.2024

“Təhsil, maarifləndirmə və insan resursları” komitəsinin II iclası baş tutub

“Təhsil, maarifləndirmə və insan resursları” komitəsinin II iclası baş tutub

16 oktyabr tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) “Təhsil, maarifləndirmə və insan resursları” komitəsinin ikinci iclası baş tutub. İclası giriş sözü ilə komitənin sədri, Code Academy-nin təsisçisi və direktoru Ülvi Aslanov açaraq, komitə üzvlərini salamlayıb.

Daha sonra, AKTA-nın İdarə Heyətinin sədr müavini Rauf Cabarov komitənin iş planını və təhsil təşəbbüslərinin müzakirəsinin vacibliyini vurğulayıb. İclas, maarifləndirmə işlərinin aparılması üçün təlimlərin təşkil olunması, xüsusi proqramın yaradılması və kiber klubların aktivliyi üçün dəstək tədbirləri ilə bağlı müzakirələr ilə davam edib.

Ekspertlər növbəti iclasda yuxarıda qeyd edilən mövzular üzrə komitə fəaliyyətinin sonrakı gündəliyinin formalaşdırılması və nəticəyönlü işlərin aparılmasına dair razılığa gəliblər.

Qalereya