Kibertəhükəsizliyin həm mülki həyatda, həm də hərbi sahədə olan önəmi nədir?

05.06.2023

Kibertəhükəsizliyin həm mülki həyatda, həm də hərbi sahədə olan önəmi nədir?

Türkiyə Müdafiə Sənayesi Agentliyinin departament rəhbəri  Ahmet Bahadır Bülbül “II Milli Kibertəhlükəsizlik Forumu"nda kibertəhükəsizliyin həm mülki həyatda, həm də hərbi sahədə olan önəmindən danışdı. 

Kibertəhükəsizliyin həm mülki, həm də hərbi sferalarda olan önəmini nəzərə alaraq, mühəndislərimiz tərəfindən milli həllərin formalaşdırılmasının texnoloji əhəmiyyətinin vacib olduğu qənaətindəyik. Türkiyədə həm dövlət, həm özəl sektoru, həm də bu sahədəki elmi işçiləri birləşdirən vahid proyektin qurulması və fəaliyyəti vacib əhəmiyyət daşıyır. Hazırda fəaliyyətdə olan Türkiyə Kiber Təhlükəsizlik Klastrında insan resurslarının formalaşdırılması, bazar iqtisadiyyatına əlçatanlığı təmin etmək və innovasiyaların stimullaşdırılması kimi fəaliyyət istiqamətləri mövcuddur. Digər istiqamətlərdə də fəaliyyət göstərən təşkilatımızın əsas məqsədini insanlar arasında sürətli məlumat mübadiləsinin həyata keçirilməsi təşkil edir. Kibertəhlükəsizlik sahəsində milli məhsullarımızın rəqabəti üçün də təşkilatımız inteqrasiya funksiyasını həyata keçirməkdədir. Ümumi qiymətləndirmə aparsaq, təşkilatımızın təcrübə və həllərini digər türk dövlətləri üçün də müxtəlif istiqamətlərdə uğurlu ola biləcək nümunə kimi görürük. Türk dövlətləri arasında artmaqda olan sıx əməkdaşlıq məlumat mübadiləsi, ortaq həllərin yaradılması kimi digər məsələləri təşviq edir. Türkiyə olaraq, ortaq həllərimizin Türk Dövlətləri Təşkilatının digər üzvləri ilə paylaşılmasını zəruri sayır və bunun həyata keçirilməsinə dəstək verə biləcəyimizi düşünürük.

© Bütün hüquqlar qorunur 2022 - 2024