AKTA Avrasiya İT Forumunda iştirak edib

23.02.2024

AKTA Avrasiya İT Forumunda iştirak edib

20 və 21 fevral tarixlərində “Rəqəmsal müstəqillik uzunmüddətli beynəlxalq əməkdaşlığın əsasıdır” mövzusunda Moskva şəhərində Avrasiya İT forumu keçirilir. Dövlətlərin rəqəmsallaşmasına həsr edilən forumda müxtəlif mövzularla yanaşı “rəqəmsal dövrdə dövlətlərin informasiya təhlükəsizliyi” adlı panel müzakirələri aparılıb.

Forumda AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov təqdimat ilə çıxış edib. O, ölkəmizin kibertəhlükəsizlik ekosistemi barədə məlumat verib, mümkün əməkdaşlıq və ölkələr qarşısında duran oxşar çağırışlar barədə danışıb.

Ənənəvi keçirilən forumda dövlət, biznes, akademiya və ekspert cameəsini təmsil edən 20-dən çox ölkənin nümayəndəsi iştirak edir. Forum Rusiya Federasiyasının Rəqəmal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin təşəbbüsü ilə keçirilir.

Ətraflı: https://euro-asian-forum.platform.gov.ru/

© Bütün hüquqlar qorunur 2022 - 2024