Xəbərlərə qayıt
Xəbərlər • 07.11.2025

“Qərbi Azərbaycana Qayıdış” mövzusunda ictimai müzakirələr keçirilmişdir.

“Qərbi Azərbaycana Qayıdış” mövzusunda ictimai müzakirələr keçirilmişdir.

Cari ilin 6 noyabr tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış” mövzusunda ictimai müzakirələr keçirilmişdir.

 

Tədbirdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Pənah Musayev çıxış edərək, Qərbi Azərbaycan mövzusu ilə bağlı kiber məkanda müşahidə edilən təhrif olunmuş məlumatlara və təxribat xarakterli təhdidlərə diqqət çəkib. O, Qayıdış prosesinin kibertəhlükəsizlik baxımından da hazırlıqlarla müşayiət olunmasının vacibliyini vurğulayıb.

 

Pənah Musayev həmçinin AKTA tərəfindən Agentliyin dəstəyi ilə icra olunan “Hibrid təhdidlərə qarşı mübarizə kontekstində transmilli internet korporasiyaları ilə işin təşkilinə dəstək verilməsi” layihəsi barədə məlumat verib.

 

Çıxış zamanı o, cari ilin 21 may tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə Naxçıvanda keçirilmiş “Kiber Suverenlik” konfransından da bəhs edərək, dövlət qurumları, elmi ictimaiyyət, sahə üzrə mütəxəssislər və sahibkarların iştirakı ilə aparılan müzakirələrdə kibertəhlükəsizliyin milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi qiymətləndirildiyini bildirib.

 

Pənah Musayev Qərbi Azərbaycana Qayıdış prosesinin potensial kiberhücum hədəfinə çevrilə biləcəyini qeyd edərək, bu istiqamətdə rəqəmsal müdafiə arxitekturasının planlaşdırılmasının zəruriliyini vurğulayıb.

 

Sonda o, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda səsləndirdiyi

 

“…bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz”

fikrini xatırladaraq, kibertəhlükəsizliyin təmin edilməsinin strateji əhəmiyyətini bir daha iştirakçıların diqqətinə çatdırmışdır.

Qalereya