Xəbərlərə qayıt
Xəbərlər • 02.09.2025

AKTA-nın dəstəyi ilə “Hüquqlarınla parla!” layihəsi uğurla baş tutub.

AKTA-nın dəstəyi ilə “Hüquqlarınla parla!” layihəsi uğurla baş tutub.

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində 11-22 avqust tarixlərində 350 nəfər şagird üçün Bakı, Lənkəran, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində, o cümlədən Saatlı və İsmayıllı rayonlarında maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə AKTA-nın ekspertləri tərəfindən uşaqlara kibergigiyena qaydaları öyrədilib.

 

“Hüquqlarınla parla!” layihəsi "Regional İnkişaf" İctimai Birliyinin əsas təşkilatçılığı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının, Azərbaycan Respublikası Milli Məclisi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı və “Nar”ın maliyyə dəstəyi ilə həyata keçirilib.

 

Layihə çərçivəsində baş tutan seminarlarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının ekspertləri tərəfindən uşaqlar üçün təhlükəsiz internet mühitinin hüquqi aspektləri və mövcud təhlükələr, Daxili İşlər Nazirliyinin ekspertləri tərəfindən uşaqların zərərli vərdişlərdən qorunması və erkən nikahın fəsadları, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ekspertləri tərəfindən zərərli vərdişlərin orqanizmə təsirləri və AKTA-nın ekspertləri Lalə Kərimova, Elmar Babayev, Elay Əliyev, Aidə Mustafayeva, Zaur Hüseynov, Asudə Abdurrəhmanova tərəfindən isə uşaqların internet mühitində zərərli vərdişlərdən qorunması, o cümlədən kibertəhlükəsizlik mövzusunu əhatə edən interaktiv təlimlər keçirilib.