image

AKTA-nın nümayəndə heyəti Strasburqda keçirilən EuroDIG 2025 Forumunda iştirak edib.

19.05.2025

AKTA-nın nümayəndə heyəti Strasburqda keçirilən EuroDIG 2025 Forumunda iştirak edib.

12–14 may 2025-ci il tarixlərində Fransanın Strasburq şəhərində EuroDIG 2025 (Avropa İnternet İdarəçiliyi Forumu) keçirilib. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) nümayəndə heyəti forumda iştirak edib.  Xarici İşlər Nazirliyinin nümayəndəsi Məqsəd Hüseynovun da iştirak etdiyi tədbirdə assosiasiyanı baş katib Fidan Əhmədova, beynəlxalq layihələr üzrə katib Sevinc Əliyeva, beynəlxalq əlaqələr üzrə koordinator Nigar Cavanşirzadə təmsil edib.

Forum çərçivəsində kibertəhlükəsizlik sahəsində çağırışlar, texnoloji inkişafların təsirləri, eləcə də dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Tədbir, həmçinin müxtəlif ölkələrdən gələn ekspertlər və dövlət nümayəndələri arasında təcrübə və məlumat mübadiləsi üçün mühüm imkan yaradıb.

 AKTA-nın nümayəndə heyətinin iştirak etdiyi sessiyalar çərçivəsində kibertəhlükəsizlik üzrə regional əməkdaşlıq, insan hüquqlarının rəqəmsal mühitdə qorunması, eləcə də rəqəmsal idarəetmədə inklüziv yanaşmalar müzakirə olunub.

Qeyd edək ki, Avropa Şurası, EuroDIG və bir sıra beynəlxalq tərəfdaş qurumların birgə təşkilatçılığı ilə baş tutan EuroDIG 2025 forumu internet idarəçiliyi, rəqəmsal hüquqlar və kibertəhlükəsizlik sahəsində mühüm məsələlərin müzakirə olunduğu beynəlxalq platformadır. AKTA-nın forumda iştirakı Assosiasiyanın beynəlxalq səviyyədə tanınmasına, strateji əməkdaşlıqlar qurmasına və kibertəhlükəsizlik sahəsində qlobal müzakirələrdə fəal iştirak etməsinə şərait yaradıb.