9-10 oktyabr 2025-ci il tarixlərində Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) tərəfdaşlığı ilə “Critical Infrastructure Defense Challenge 2025” (CIDC-2025) tədbiri baş tutacaq.
CIDC-2025 çərçivəsində “Ağıllı şəhərlərdə kibermüharibə” adlı təlim-məşqlər keçiriləcək. Təlimlərin məqsədi virtual kritik informasiya sistemlərinin kibertəhdidlərə qarşı müdafiəsini gücləndirmək və böhran vəziyyətlərində idarəetmə bacarıqlarını artırmaqdır. 3-5 nəfərlik komandalar simulyasiya olunmuş kiberhücumlara qarşı öz sistemlərini qoruyacaqlar.
Tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsində regional əməkdaşlığın gücləndirilməsi, kritik infrastrukturun mühafizəsi və rəqəmsal suverenlik prinsipləri əsasında davamlı iqtisadi inkişafın təmin olunmasıdır.