AKTA-nın Ümumi Yığıncağının növbəti iclası keçirilib.

24.02.2023

AKTA-nın Ümumi Yığıncağının növbəti iclası keçirilib.

22 fevral 2023-cü il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) növbəti Ümumi Yığıncağının iclası “Bakı KOB evi”ndə keçirilib. 
İclas iştirakçıları tərəfindən iclasın sədri və katibi müəyyənləşdirildikdən sonra iclas gündəliyi üzrə AKTA-nın İdarə heyətinin sədri Elvin Balacanov tərəfindən Assosiasiyasının 2022-ci il üzrə fəaliyyətinə dair təqdim edilmiş hesabat, eləcə də cari il üzrə tədbirlər planı Ümumi Yığıncaq iştirakçıları tərəfindən müzakirə edilib. 
İclas iştirakçıları tərəfindən AKTA-nın 2022-ci il üzrə fəaliyyəti müsbət qiymətləndirilmiş və AKTA-nın gələcək fəaliyyəti üzrə təkliflər səsləndirilmişdir. Eyni zamanda, tədbirlər planında müvafiq sahə üzrə qanunvericilik sahəsində təkmilləşdirici təşəbbüslərin, tədqiqat, təhsil və maarifləndirmə, o cümlədən əməkdaşlığın genişləndirilməsi istiqaməti üzrə kompleks tədbirlərin əks olunması yüksək qiymətləndirilib. Sahələr üzrə AKTA üzvlərindən ibarət müvafiq komitələrin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, AKTA üzvü olmaq üçün edilmiş fərdi müraciətlərə baxılaraq müvafiq kollegial qərarlar verilib. 
Ümumi Yığıncağın iclasında Assosiasiyanın üzvü qismində təmsil olunan “Cyberpoint”, “AzeRobot”, “Simbrella”, “A2Z Technologies”, “PNetworks”, eləcə də, Azərbaycan Texniki Universiteti, “AzInTelecom MMC”, “Digital Umbrella”, “Code MMC”, “Karmasis”, “Nova Digital Solutions”, “Defscope”, Azərbaycan Kibertəhlükəsizlik Platforması, “Rabalon” kimi yerli və xarici subyektlərin rəhbər vəzifəli şəxsləri və nümayəndələri, o cümlədən sahə üzrə mütəxəssislər iştirak ediblər.
 

© Bütün hüquqlar qorunur 2022 - 2024