image

AKTA OIC-CERT əməkdaşlıq platformasına üzv seçilib

07.12.2023

AKTA OIC-CERT əməkdaşlıq platformasına üzv seçilib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri (OIC-CERT) əməkdaşlıq platformasına üzv seçilib.

AKTA-nın namizədliyi Azərbaycan Respublikasının OIC-CERT-də rəsmi nümayəndəliyini həyata keçirən, şəbəkənin tam hüquqlu üzvü olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən irəli sürülüb. Təşkilatın “ümumi üzvlük” kateqoriyası üzrə üzvlüyünə qəbul edilən AKTA tələb olunan üzvlük meyarlarına tam olaraq cavab vermişdir. Meyarlar arasında sahə üzrə beynəlxalq konfranslarda aktiv və effektiv iştirak, tədqiqatçıların və tədqiqat qruplarının mövcudluğu, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində tədbir, seminar və təlimlərin təşkili yer almaqdadır. Həmçinin müvafiq istiqamətdə ictimai məsləhətlərin verilməsi, ictimai məlumatlandırma və maarifləndirmə kampaniyalarının təşkil edilməsi, qanunvericilik layihələrinin hazırlanmasında iştirak və bu cür təşəbbüslərə dəstək də üzvlüyə qəbul üçün əsas meyarlar arasındadır.

 Qeyd edək ki, 2005-ci ildə İslam İnkişaf Bankının (İİB) Rəhbərlər Şurasının İllik Toplantısı zamanı İƏT-ə üzv ölkələr arasında kibertəhdidlərə qarşı mübarizənin gücləndirilməsi üçün qlobal əməkdaşlığın həyata keçirilməsi məqsədilə OIC-CERT-in yaradılması təklif edilib. Hal-hazırda şəbəkənin 29 dövlətdən müxtəlif kateqoriyalar üzrə 50 ətrafında çox üzvü var.

Ətraflı:
https://www.oic-cert.org/en/generalmembers.html