AKTA üzvləri ilə görüş keçirilib

15.03.2024

AKTA üzvləri ilə görüş keçirilib

15 mart tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının üzv şirkətlərinin iştirakı ilə geniş tərkibli onlayn görüş baş tutub. Görüşdə AKTA-nın təqdim etdiyi bir sıra yeniliklər barədə məlumat verilib.   

Görüşü AKTA İdarə Heyətinin sədri Elvin Balacanov giriş sözü ilə açıb və son yeniliklər  barədə qısa məlumat verib. Daha sonra AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov tərəfindən AKTA üzv şirkətləri üçün yaradılmış elektron kabinet barədə təqdimat göstərilib. Üzvlərə elektron kabinetdə olan kommunikasiya alətləri, kibertəhlükəsizlik məhsul və xidmətlərinin elektron kataloq imkanları barədə məlumat verilib. Bu kataloqa müraciətlərin qəbul  edilmə proseduru və imkanları təqdim olunub.

İclasda AKTA ekspertlərinin əməkdaşlıq platforması olan Ekspert Komitələrinin yaradılması barədə məlumat verilib. Qeyd edilib ki, komitələr həm fərdi, həm də şirkətləri təmsil edən ekspertlərdən ibarət olmaqla AKTA-nın işçi qrupları rolunu oynayacaq. Yaxın vaxtlarda komitələrin fəaliyyətinə start veriləcək.

Görüşün sonunda AKTA üzvlüyünə yeni qəbul edilmiş “Secure Future”, “KiberKod” və “Allsafe Kibertəhlükəsizlik" şirkətləri öz fəaliyyətləri barədə qısa məlumat veriblər.

Qeyd edək ki, iclasda 40-a yaxın üzv şirkətin nümayəndəsi iştirak edib.

© Bütün hüquqlar qorunur 2022 - 2024