Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüş keçirilib

25.02.2023

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüş keçirilib

23 fevral 2023-cü il tarixində AKTA-nın üzvü olan şirkətlərin rəhbərləri və sahə üzrə ekspertlərlə AzTU tələbələri arasında görüş keçirilib.


Görüşün məqsədi İT və kibertəhlükəsizlik sahəsi üzrə təhsil alan tələbələrə müasir dövrün trendləri barədə məlumat vermək, uğurlu karyera qurulması barədə tövsiyələri paylaşmaq və iş mühitində gəncləri gözləyən çağırışlar və tələbləri onların diqqətinə çatdırmaq olub.


Görüşdə ekspertlər tərəfindən tələbələrə bir sıra məlumat və tövsiyələr təqdim edilib. AKTA-nın İdarə Heyətinin sədri Elvin Balacanov ölkəmizdə kibertəhlükəsizlik mütəxəssislərinə olan ehtiyac, sədr müavini Rauf Cabarov kiber icmanın vacibliyi, “Simbrella” şirkətinin təsisçisi və rəhbəri Seymur Məmmədov özünün AzTU-da başlayan karyerası və uğur hekayəsi, “Digital Umbrella” şirkətinin rəhbəri Ulduzə Xəlilova uğurlu peşə seçiminin əhəmiyyəti, “Cyberpoint” şirkətinin İnformasiya təhlükəsizliyi məsələləri üzrə direktor müavini Aydın Qurbanlı kibertəhlükəsizlik sektorunda olan tələblər və inkişafda digərlərindən fərqlənməyin vacibliyi, “AzeRobot” şirkətinin layihə rəhbəri İmamir Mirzoyeva şirkətdə tələbələr üçün yaradılmış iş imkanları, “İnterprobe” şirkətinin İnformasiya Təhlükəsizliyinin rəhbəri Mahir Yüksəl kibertəhlükəsizlik üzrə mütəxəssislərin fərqli xüsusiyyətləri və sahə üzrə tələblər, “Kibertəhlükəsizlik Platforması”nın rəhbəri Şahin Alıyev gənclər üçün yaradılmış imkanlar barədə çıxış edib. Həmçinin, sahənin ekspertləri Ramil Baxşıyev və Teymur Hacıyev də tələbələrə gələcəkdə uğurlu ola bilmələri üçün bir sıra tövsiyələr verib.


Tələbələrdə yüksək maraq doğuran görüş onların çoxsaylı sualları ətrafında müzakirələrdən sonra başa çatıb.

© Bütün hüquqlar qorunur 2022 - 2024