16.12.2024
MilliSec şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) təşkilati dəstəyi ilə "CyberPulse" layihəsi çərçivəsində 16-cı təlim UNEC-də həyata keçirilib.
Təlimdə kibertəhlükəsizlik mütəxəssisi Zaur Qasimov tərəfindən iştirakçılara “red team” yanaşmaları, red team sahəsində karyera imkanları, öyrənilməli olan biliklər və texnikalar haqqında məlumat verilib.
Qeyd edək ki, “CyberPulse” layihəsinin əsas məqsədi kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması, həmçinin yeni nəsil İT mütəxəssisləri üçün öyrənmə və təcrübə imkanlarının yaradılmasıdır.
AKTA və MilliSec olaraq, gələcək təlim və tədbirlərimiz vasitəsilə ölkəmizin kibertəhlükəsizlik ekosisteminin daha da inkişaf etdirilməsinə töhfə verməkdə davam edirik.