29.11.2024
Noyabrın 27-dən 29-dək Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq işçiləri üçün “Kibercinayətlərin aşkar edilməsi və istintaq metodikası” mövzusunda əyani və distant formada təlim keçirilib.
Tədbirdə təlimçi qismində bu sahə üzrə peşəkar prokurorluq işçiləri ilə yanaşı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının rəhbəri və Vəkillər Kollegiyasının nümayəndəsi iştirak etməklə, qurumların əməkdaşları arasında təcrübə mübadiləsi aparılıb.
➡ Ətraflı: https://genprosecutor.gov.az/az/post/8255