Xəbərlərə qayıt
Xəbərlər • 02.10.2025

AKTA və SASMO əməkdaşlığı çərçivəsində CSS-2025-in 8 nəfər iştirakçısının “National Junior Cybersecurity Olympiad” yarışına qatılmasına dəstək verilib.

 AKTA və SASMO əməkdaşlığı çərçivəsində   CSS-2025-in 8 nəfər iştirakçısının “National Junior Cybersecurity Olympiad”  yarışına qatılmasına dəstək verilib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və “SASMO Azərbaycan” MMC şirkətinin əməkdaşlığı çərçivəsində 2025-ci il “Kiber Yay Məktəbi”nin (CSS-2025) 8 nəfər iştirakçısının “National Junior Cybersecurity Olympiad” (NJCO) yarışına qatılmasına dəstək verilib. 

 

Belə ki, “SASMO Azərbaycan” MMC beynəlxalq “Singapore and Asian Schools Math Olympiad” təşkilatının Azərbaycandakı təmsilçisi olaraq, AKTA tərəfindən namizədliyi təqdim edilmiş istedadlı məktəblilər ilə intensiv təlim və mentorluq sessiyaları keçiblər. Sinqapur Dövlət Universitetinin təcrübəli professorları tərəfindən hazırlanmış video-seminarlarla biliklərini dərinləşdirmək imkanı əldə ediblər. Gənclər “Kibertəhlükəsizliyə giriş”, “Kriptoqrafiya”, “Kompüter şəbəkələrinin əsasları” və “Rəqəmsal kriminalistika” sahələri üzrə biliklərini artırıblar. 

 

AKTA ilə əməkdaşlıq çərçivəsində SASMO Azərbaycan tərəfindən 8 nəfər gəncin Sinqapurun “National Junior Cybersecuirty Olympiad” yarışında ödənişsiz əsaslarla iştirakı təmin edilib.

 

Xüsusi vurğulayaq ki, yarışın qalibləri 2025-ci ilin dekabr ayında Çində keçiriləcək nüfuzlu “STEAM AHEAD 2025” olimpiadasında iştirak hüququ qazanacaqlar.

 

CCS-2025 iştirakçısı olmuş gənclərimizə uğurlar arzulayırıq.

Qalereya