Xəbərlərə qayıt
Xəbərlər • 27.10.2025

AKTA və Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AKTA və Mingəçevir Dövlət Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumun imzalanması 24 oktyabr tarixində Mingəçevir şəhərində baş tutan “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” tədbiri çərçivəsində baş tutub. 

 

Sənəd AKTA-nın icraçı direktoru Rauf Cabarov və MDU-nun rektoru Anar Eminov tərəfindən imzalanıb. Memorandum tərəflər arasında əməkdaşlığın genişləndirilməsi, tələbələrin İKT və kibertəhlükəsizlik sahəsində inkişafının dəstəklənməsi, birgə tədbirlərin keçirilməsi, layihələr və tədqiqat işlərinin aparılmasını nəzərdə tutur. 

 

Qeyd edək ki, “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” Mingəçevir Dövlət Universiteti, Azərbaycan–Türkiyə İş Adamları Birliyi və “HBN Group Academy”nin təşkilatçılığı, AKTA ilə yanaşı bir sıra dövlət və özəl qurumların tərəfdaşlığı ilə baş tutub. Sammitin məqsədi regionlarda universitet–sənaye əməkdaşlığının yeni modelini formalaşdırmaq, startap və innovasiya təşəbbüslərinə dəstək vermək, dövlət və özəl sektorun birgə iştirakını təmin etməklə regional iqtisadi inkişafı sürətləndirməkdir. Sammit çərçivəsində karyera sərgisi və “UniStartup” müsabiqəsi baş tutub.

Qalereya