Kibertəhlükəsizlik təhsili ilə bağlı maarifləndirmə aparılıb

07.12.2023

Kibertəhlükəsizlik təhsili ilə bağlı maarifləndirmə aparılıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində trendlər və kibertəhlükəsizlik təhsilinin məktəblərə inteqrasiyasının əhəmiyyətinə dair maarifləndirici tədbir keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov universitet haqqında məlumat verib və 4-cü Sənaye İnqilabı Dövründə kibertəhlükəsizliyin xüsusi önəmini vurğulayıb.

Daha sonra təqdimatla çıxış edən AKTA İdarə Heyətinin sədri Elvin Balacanov ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi məqsədilə hüquqi, təşkilati və texniki sferalarda həyata keçirilən tədbirlər, həmçinin AKTA tərəfindən təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə atılmış addımlar və icra edilmiş layihələr barədə məlumat verib. Həmçinin təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə təhsilə önəm verilməsinin, xüsusilə ADPU-nun müvafiq fakültə məzunları tərəfindən gələcəkdə ümumi təhsil müəssisələrində şagirdlərə müvafiq sahədə də ilkin biliklər aşılanmasının əhəmiyyəti vurğulanıb.

Daha sonra AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabbarov qurumun fəaliyyət istiqamətləri, icra edilən layihələr, eləcə də Assosiasiyanın dəstəyilə hazırda bir neçə ali təhsil müəssisəsində yaradılmaqda olan kiberklubların önəmi barədə məlumat verib.3

© Bütün hüquqlar qorunur 2022 - 2024