Kriptoqrafiya sahəsində təlimlərə start verildi

12.06.2023

Kriptoqrafiya sahəsində təlimlərə start verildi

Cari ilin 12 iyun tarixində AKTA-nın təşkilatçılığı ilə ölkənin ali təhsil müəssisələrində informasiya təhlükəsizliyi ixtisası üzrə bakalavr təhsili alan tələbələr üçün xarici mütəxəssislər tərəfindən (AKTA üzvü olan “Unifybytes” (Türkiyə) şirkətinin dəstəyi ilə) Azərbaycan Texniki Universitetində kriptoqrafiya sahəsində ingilis dilində təlim başlayıb. Təlimlər 16 iyun 2023-cü il tarixinədək davam edəcək. Təlimin sonunda iştirakçılar arasında kriptoqrafiya sahəsi üzrə bilik yarışının (“CTF yarışı” fomasında) həyata keçirilməsi nəzərdə tutulur.

Ödənişsiz əsaslarla həyata keçirilən təlimə ölkənin 16 ali təhsil müəssisəsinin 60-a yaxın tələbə/kursantları cəlb edilib, bilik yarışı məqsədilə formalaşdırılacaq hər qrupa isə hər ali təhsil müəssisəsindən informasiya təhlükəsizliyi və ya digər aidiyyəti ixtisas üzrə bakalavr təhsili alan və müvafiq tədris proqramında kriptoqrafiya üzrə nəzərdə tutulmuş fənni keçmiş dörd tələbə/kursant cəlb edilib.

© Bütün hüquqlar qorunur 2022 - 2024