Ölkəmizdə beynəlxalq ”Nasa - Space Apps Challenge Baku” hakatonu keçirilir

08.10.2023

Ölkəmizdə beynəlxalq ”Nasa - Space Apps Challenge Baku” hakatonu keçirilir

7 aprel tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının dəstəyi ilə keçirilən "Nasa - Space Apps Challenge" hakatonunun Bakı bölməsinin yarışına start verilib. AREA Akademiyasının təşkilatçılığı, İnnovasiyalar Mərkəzinin baş sponsorluğu ilə keçirilən hakaton böyük marağa səbəb olub. 114 ölkədən 350 şəhərdə eyni vaxtda keçirilən bu yarışmalar sırasında Bakı hakatonu iştirakçı sayına görə dünya üzrə ilk 10-luqda qərarlaşıb. Hakatonun açılış tədbirində AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov çıxış edərək, iştirakçıların sayının çox olmasının əlamətdar hadisə olduğunu qeyd edib və gənclərə uğurlar arzulayıb. 

Hakatonun qalibləri 11 oktyabr tarixində elan ediləcək.  İki gün keçiriləcək yarışda iştirakçılar müxtəlif innovativ mövzularda öz layihələrini və ya proqram təminatı məhsullarını təqdim edəcəklər. Qeyd edək ki, Hakatonun əsas təşkilatçısı AREA Akademiyası və texniki dəstəkçi İn4Tech şirkəti AKTA-nın üzv şirkətləridir. 

© Bütün hüquqlar qorunur 2022 - 2024