Xəbərlərə qayıt
Xəbərlər • 22.09.2025

"PeşəFest-2025" festivalına start verilib.

"PeşəFest-2025" festivalına start verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən həyata keçirilən "PeşəFest-2025" festivalına Astara rayonunda start verilib.

 

“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyır.

Bu il PeşəFest çərçivəsində ilk dəfə olaraq kibertəhlükəsizlik ixtisası da təqdim olunub. kibertəhlükəsizlik ixtisasının festival çərçivəsində təqdimatı AKTA-nın tərəfdaşlığı ilə həyata keçirilir və AKTA ekspertləri festivalda aktiv iştirak edirlər.

 

Astarada keçirilən açılış mərasimində AKTA-nın icraçı direktoru Rauf Cabarov və ekspert Rəşad Əliev çıxış edərək assosiasiyanın fəaliyyəti və məqsədləri, eləcədə kibertəhlükəsizlik ixtisasının üstünlükləri barədə iştirakçılara məlumat veriblər.

Qeyd edək ki, festival oktyabrın ayının 16-a qədər davam edəcək. Festivalın keçiriləcəyi digər ünvanlar və tarixlər isə belədir:

 

* Tovuz – 22 sentyabr / Tovuz RİH binasının qarşısı

* Göygöl – 24 sentyabr / Heydər Əliyev parkı

* Ağdam – 29 sentyabr / Quzanlı Heydər Əliyev Mərkəzi

* İmişli – 1 oktyabr / Heydər Əliyev parkı

* Ağsu – 3 oktyabr / Heydər Əliyev parkı

* Ağdaş – 8 oktyabr / Heydər Əliyev parkı

* Qəbələ – 11 oktyabr / Heydər Əliyev parkı

* Xaçmaz – 13 oktyabr / Zəfər parkı

* Bakı – 16 oktyabr / Dənizkənarı Milli Park

Sizi də tədbirlərdə iştirak etməyə və kibertəhlükəsizlik ixtisası ilə yaxından tanış olmağa dəvət edirik.

Qalereya