AKTA tərəfindən təqdim olunmuş “İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı” layihəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olub.
Layihənin əsas məqsədi informatika müəllimləri və şagirdlər arasında informasiya təhlükəsizliyi üzrə bilik və bacarıqların artırılması, rəqəmsal risklərə qarşı düzgün davranış modellərinin formalaşdırılması və kibertəhlükəsizlik mədəniyyətinin erkən yaşlardan təşviq edilməsidir. Layihə çərçivəsində, informatika müəllimləri üçün ixtisasartırma və maarifləndirici təlimlər, şagirdlər üçün praktik məşğələlər və interaktiv sessiyalar, informasiya təhlükəsizliyi mövzusunda metodiki vəsaitlərin hazırlanması nəzərdə tutulur.
Qeyd dək ki, AKTA tərəfindən son illərdə kibertəhlükəsizlik üzrə “Hibrid təhdidlərə qarşı mübarizə kontekstində transmilli internet korporasiyaları ilə işin təşkilinə dəstək verilməsi” və “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihələri uğurla icra edilmişdir.