Rumıniya Respublikasına işgüzar səfər başlayıb

24.11.2023

Rumıniya Respublikasına işgüzar səfər başlayıb

20 noyabr tarixində AKTA sədri və əməkdaşları, eləcə də AKTA İdarə heyətinin üzvü olan Cyberpoint şirkətinin rəhbəri və əməkdaşından ibarət nümayəndə heyətinin "Kibertəhlükəsizlik ekspertlərinin beynəlxalq kibertəhlükəsizlik mərkəzlərinə səfəri” layihəsi çərçivəsində Rumıniya Respublikasına işgüzar səfəri başlayıb.

TAIEX - Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihə çərçivəsində baş tutan səfərin ilk günü nümayəndə heyəti ilə Rumıniya Respublikasının Milli Kiber Təhlükəsizlik Direktoratlığının rəhbəri və müvafiq əməkdaşları arasında görüşlər keçirilib. Baş tutmuş görüşlərdə ölkələrin kibertəhlükəsizlik ekosistemi və bu sahədə son illər ərzində hüquqi, təşkilati və texniki sferalarda həyata keçirilmiş fəaliyyətə dair məlumat mübadiləsi aparılıb. Kibertəhlükəsizliyin daha effektiv və səmərəli təmin olunması məqsədilə  əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti nəzərə alınaraq, potensial əməkdaşlıq istiqamətlərinə dair müzakirələr həyata keçirilib.

Qeyd edək ki, 25 noyabr tarixinədək davam edəcək layihə çərçivəsində nümayəndə heyətinin aidiyyəti təşkilat, şirkət və ali təhsil müəssisələrinə işgüzar səfəri, eləcə də Mərkəzi və Şərqi Avropanın ən böyük kibertəhlükəsizlik konfransında (DefCamp Conference) iştirakı nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur 2022 - 2024